Kustar yolla hazırlanmış bomba partladı – 7 uşaq öldü

Toqonun Niamtoqo şəhərində kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində azı 7 uşaq həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə Savan bölgəsinin səlahiyyətliləri məlumat verib.

Hadisə nəticəsində daha iki nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.