Küsülü olan Vəfa ilə Şəbnəm eyni tədbirdə görünmək istəmədi – QARŞIDURMA

Müğənni Vəfa Şərifova Gəncədə mayın 19-da keçiriləcək konserti ilə bağlı tədbirə qatılmayıb

Buna eyni tədbirə küsülü olduğu həmkarı Şəbnəm Tovuzlunun da iştirakı səbəb olub. Əldə eydiyimiz məlumata görə, Şəbnəm Tovuzlu da “Vəfa Şərifova orda olarsa, mən iştirak etmərəm” deyib. Təşkilatçı Emin Hüseynov 2 ifaçı arasında qalıb.

Yenicag.az-ın sualını cavablandıran Şəbnəm Tovuzlunun məsələyə reaksiyası belə olub:

“Xeyr, heç bir problem yoxdur. Lazım gələrsə, Vəfa xanımın anonsunu da öz səhifəmdə paylaşaram. Təbii ki, o belə addım atarsa, mən də edərəm”.

Şəbnəm tədbir boyu dəfələrlə Vəfanın konsertini anons edib, ona uğurlar arzulayıb.

Konsertin təşkilatçısı Emin Hüseynov isə sənətçinin tədbirə qatılmamasını onun ölkədə olmaması ilə əlaqələndirib:

“Biz konsertini təşkil etdiyimiz hər üç müğənninin – Şəbnəm Tovuzlu, Mürsəl Səfərov və Vəfa Şərifovanın konsertinə eyni səviyyədə hazırlıq görülüb. İşıqlandırma, səs mükəmməldi. Vəfa xanım Azərbaycanda olmadığı üçün tədbirə qatıla bilmədi. Amma mayın 9-da Vəfa Şərifova möhtəşəm konsert edəcək. Biletlər məhdud sayda qalıb”.

Əldə etdiyimiz məlumata görə, Vəfa Şərifova Azərbaycanda olub, sadəcə Şəbnəm Tovuzlu ilə küsülü olduğu üçün bu addımı atıb.

Qeyd edək ki, Vəfanın mayın 19-da və Şəbnəmin isə mayın 27-də baş tutacaq konsertinin təşkilatçısı Emin Hüseynovdur.

Cəvahir