Kütləni savadsızlıqda suçlayan Kərəmoğluna Tolikdən CAVAB: “Bədii Şura heç bir irad irad bildirmirsə…”
“Bu gün illərdir efirdə külüng çalan aparıcılar var ki, qeyri-etik davranışları ilə kütlənin qarşısına çıxırlar…”
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış prodüser və aparıcı Tarix Əliyev deyib.
O, teleməkanda nümayiş olunan qeyri-etik görüntülərə və işlədilən qeyri-etik ifadələrə görə kütlənin heç bir günahı olmadığını bildirib:
“Dünən Sərxan Kərəmoğlu belə bir fikir işlətdi ki, kütlənin 60 faizi savadsızdır. Buna görə mən onu qınadım. Dedim ki, bu gün illərdir, efirdə külüng çalan aparıcılar var ki, qeyri-etik davranışları ilə kütlənin qarşısına çıxırlar.
Məsələn, bir xanıma deyirlər ki, filan yerin daralıb, ay nə bilim, əməliyyat etdirmisən, aparata salır və sair…. O xanım da deyir, niyə orama baxdın, burama baxdın…
Bu şeylər efirdə nümayiş olunur. Evdə oturan saf kütlə buna baxır və düşünür ki, əgər televiziyada belə hallara yol verilirsə, Bədii Şura heç bir irad irad bildirmirsə, demək ki, bu, normaldır”.
Nehru