Türkiyənin qərbindəki Denizli vilayətində məktəblilər arasında kütləvi zəhərlənmə baş verib.
Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 30 şagird xəstəxanaya yerləşdirilib.
Onlardan bir nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Şagirdlərin qidadan zəhərləndiyi deyilir.
Qeyd edək ki, ötən həftə Çorum vilayətində 100 məktəbli qidadan zəhərlənmişdi.