Küveyt rəsmisindən şok açıqlama: “Körfəzdə müharibə olacaq”

Küveyt parlamentinin spikeri Mərzuk əl-Qənim gündəm yaradan bəyanatla çıxış edib.

Yenicag.az xəbər verir ki, onun sözlərinə görə, İran və Körfəz ölkələri arasındakı son yaşanan gərginliklər bölgədə müharibə ehtimalını artırır:
“Körfəzdə müharibə olacaq. Bu ehtimal çox yüksəkdi. Bu yaxşı hal deyil. Amma bizim hökumətimizin və dövlətimizin hazırlıqları yüksək səviyyədədir. Hər cür ekstremal vəziyyətə hazırıq”.

Qeyd edək ki, Körfəzdə son günlər ərzində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə məxsus neft tankerləri və mülki gəmilər yandırılıb. Bundan əlavə, Səudiyyə Ərəbistanı üzərindən Avropaya neft ixrac edən neft boru kəməri də partladılıb. İddia olunur ki, bu təxribatların arxasında İran dayanır.