Küveyt səfirliyinin avtomobili Bakıda qəzaya uğradı – Xəsarət alanlar var

Bakıda Küveytin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.

Yenicag.az-ın xəbərinə görə, hadisə Kövkəb Səfərəliyeva küçəsində baş verib.

1961-ci il təvəllüdlü Mehman Soltanov idarə etdiyi 90 RT 164 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobillə qarşısında hərəkətdə olan 1971-ci il təvəllüdlü Camal Sultanovun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.

Qəzaya uğrayan “Toyota” Küveyt dövlətinin Azərbaycandakı səfirliyinə məxsus xidməti avtomobildir./Report/

COP29