KXDR-də Kim Çen Inın arıqlaması ilə bağlı danışmaq qadağan edildi

Koreyada ölkə lideri Kim Çen Inın çəkisi haqqında danışmaq qadağan edilib.

Yenicag.az xəbər verir ki, Kim Çen Inın bir müddət efirlərdən uzaq qalmasından sonra onun haqqında müxtəlif spekulyasiyalar irəli sürülmüşdü.

Kim Çenin arıqlamış vəziyyətdə yenidən dövlət toplantılarına qatılması onun səhhəti haqqında fərqli söyləntilər yaradıb.

ABŞ mediası Koreya liderinin səhhəti haqqında insanların “narahatlıq”larının bitmədiyini görən ölkə rəhbərliyinin müzakirələrə səbəb olacaq qərar verdiyi xəbərini yayıb. Qeyd edilir ki, əhaliyə Inın çəki itirməsi ilə bağlı danışmaq qadağan edilib.

Kim Çen In bir neçə ay ərzində 44 kiloqrama yaxın arıqlayıb.