!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda ağır yol qəzası baş verib

!Reklam – Yazi

скачанные файлыLənkəran şəhərində bir nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə ötən gecə şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 15 yaşlı Şəhriyar Məmiyevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili əks istiqamətdən gələn şəhər sakini, 32 yaşlı Anar Məmmədovun eyni markalı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobil yararsız vəziyyətə düşüb, həmçinin 15 yaşlı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin müvafiq cərrahi tədbirlərinə baxmayaraq hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin versiya kimi qəzanın yaxın qohumunun maşınını idarə edən 15 yaşlı Şəhriyarın dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi güman edilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır(APA).

www.yenicag.az

1900
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv