La Liqaya yüksələn ilk klub müəyyənləşdi

Növbəti mövsümdən La Liqada oynamaq hüququ qazanan ilk klubun adına aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, söhbət “Osasuna”dan gedir.

İspaniya sequndasının 39-cu turunda “Albasete”nin “Qranada”ya uduzması ilə klub elitaya vəsiqəni təmin edib. Lider “Osasuna” yarışın bitməyinə üç tur qalmış üçüncü pillədəki “Albasete” ilə xal fərqini 10-a yüksəldib və turniri ilk iki pillədən birində bitirəcəyini rəsmiləşdirib.

Qeyd edək ki, “Osasuna” La Liqa ilə iki il öncə vidalaşmışdı.