La-Manş boğazında miqrantları daşıyan qayıq batdı – Ölənlər var

La-Manş boğazında göyərtəsində miqrantların olduğu qayıq batıb, hadisə nəticəsində 6 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Fransanın La-Manş və Şimal dənizi prefekturası məlumat yayıb.

Qeyd olunub ki, indiyədək 50 nəfəri xilas etmək mümkün olub. Digər miqrantların axtarışı davam etdirilir.

Xilasetmə əməliyyatlarında 4 Fransa gəmisi və 1 helikopter, həmçinin 2 Britaniya gəmisi iştirak edir.