!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Laçın dəhlizinə alternativ yol düşünülmüş şəkildə elə relyefdən çəkildi ki..." - ŞƏRH

!Reklam – Yazi

“Zəngəzur dəhlizinin statusu nə olacaqsa, Laçın dəhlizinin də oxşar statusu olacaq”.

Bu sözləri Laçın dəhlizinə alternativ çəkilən yolun statusunun məsələsinə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, erməni separatçıları silahı yerə qoymasalar, nəinki dəhliz, heç yol da verilməyəcək:

“Əvvəl Azərbaycanla Ermənistan arasında sərhəd olmayıb. Artıq bu yöndə iş aparılır. Əslində, sərhədlə bağlı nə demarkasiya nə də delimitasiya həll olunub.

Azərbaycan ortaya qoyduğu yol xəritəsini addım-addım həyata keçirir. Laçın dəhlizinə alternativ yolun çəkilməsi ilə bağlı Ermənistan tərəfi iddia etməyə çalışırdı ki, bu məsələ 3 il ərzində müzakirə olunmalıdır. Azərbaycan tərəfi isə yolu istifadəyə verdi və onlardan ərazidən çıxmağı tələb etdi. Rusiya sülhməramlıları da artıq postları yığışdırıblar. Düzdür, bəzi erməni analitikləri, Rusiyanın Ermənistandakı səfiri deyir ki, sülhməramlılar əvvəlki kimi davranacaq, 5 kilometr enində dəhliz olacaq. Bu cür çıxışlar Ermənistan müxalifətinin və narazı təbəqənin səsini kəsmək üçündür. Çox şey deyə bilərlər. Artıq Azərbaycan tərəfi rəsmi şəkildə ifadə edib ki, Zəngəzur dəhlizinin statusu nə olacaqsa, Laçın dəhlizinin də oxşar statusu olacaq. Bu, rəsmi mövqedir.

Laçın dəhlizinə alternativ yol düşünülmüş şəkildə elə relyefdən çəkildi ki, ona istəsən belə, 5 kilometr enində nəzarət edə bilməzsən. İkincisi, həmin yol 20 kilometr qısadır. Üçüncüsü, yeni yolda öz postumuzu, gömrüyümüzü, sərhədçilərimizi qoymağı təklif edirik. Laçının işğaldan azad edilmiş 3 yaşayış məntəqəsinə Daxili İşlər Nazirliyi komendat təyin etdi. Bu o deməkdir ki, həmin ərazidəki əhalinin təhlükəsizliyini Azərbaycan polisi və digər strukturları həyata keçirəcək.

Qısa zaman ərzində erməni separatçıları silahı yerə qoymasalar, nəinki dəhliz, heç yol da verməyəcəyik. Ona görə də Azərbaycan tərəfi bu yolu açmaqla doğru addım atıb. Bu yol təkcə Qarabağda yaşayan ermənilərlə Ermənistan arasındakı əlaqə üçün deyil. Bu həm də gələcəkdə Aralıq dənizinə Ermənistan üzərindən nəzərdə tutulan çıxış üçün bir yoldur”.

Səxavət Məmməd

www.yenicag.az

484
Ads
www.veteninfo.com
!Reklam – Arxiv