Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində vətəndaşlar tərəfindən odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a bildirilib ki, tədbirlər zamanı polis əməkdaşları müxtəlif kalibrli 7 tüfəngi təhvil götürüblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.