Laçına köçən Əməkdar artist at belində – FOTO

Əməkdar artist, xanəndə Ehtiram Hüseynov yayın ilk ayından doğulub boya-başa çatdığı Laçına yollanıb.

Yenicag.az xəbər verir ki, yaylaqda alaçıqda yaşayan sənətçi vaxtının çoxunu Laçın dağlarında, at belində keçirir.

“Dünyanın heç bir ölkəsini Laçınıma dəyişmərəm”, deyən Ehtiram belə getsə, deyəsən, elə birdəfəlik Laçına köçüb, dədə-baba yurdunda yaşamağa qərar verəcək.

Xanəndənin dağlarda at belində çəkilən fotosunu sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Fotonu təqdim edirik:

Nehru

COP29