Laçında ağır qəza: İki nəfər həlak oldu

Laçın rayonunda traktor aşıb, iki nəfər ölüb.

Yenicag.az xəbər verir ki, taxıl sahəsində 1969-cu il təvəllüdlü Müşfiq Əliyevin idarə etdiyi traktor aşıb.

Nəticədə 1990-cı il təvəllüdlü Kazım Abbasov və 1979-cu il təvəllüdlü Yusif Abışov hadisə yerində vəfat ediblər.

Traktoru idarə edən M.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.