Laçında Ermənistana məxsus PUA ələ keçirildi

Laçın istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.