Xəbər verdiyimiz kimi, iyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub.
Yenicag.az xəbər verir ki, Azərbaycan Ordusu Laçın istiqamətində düşmənin atəş nöqtələrini susdurub.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Komandanlığı təxribata cəhd edən erməni hərbçilərdən birinin yaralandığını bildirib. Adı açıqlanmayan hərbçinin vəziyyəti barədə məlumatın daha sonra veriləcəyi qeyd olunub.
Erməni KİV-lərində yayılan məlumata görə, rəsmilər itkilərin artacağını istisna etmir.