!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Laçında təcili tibbi yardım briqadası fəaliyyətə başladı - FOTO

!Reklam – Yazi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərinin açarlarını onlara təqdim edib.

Bu barədə Yenicag.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ölkə başçısı çıxışında bildirib ki, ilk 20 ailə artıq dünəndən Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək.

Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620 fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.

Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Köç karvanını TƏBİB-in tabeliyindəki “113” xidmətinin Bakı şəhərindən ezam olunan tibbi yardım briqadası da müşayiət edib.

Qeyd edək ki, Laçında tibb məntəqəsi hazırlanır.

Dünəndən etibarən isə rayonda təcili tibbi yardım briqadası fəaliyyətə başlayıb. Tibb personalı növbəlilik prinsipi ilə 7/24 fəaliyyət göstərəcək. Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları Bakı şəhəri “113” xidmətindən, Xocavənd Rayon Mərkəzi Xəstəxanasından və Laçın Rayon Mərkəzi Xəstəxanasından növbəlilik əsasında ezam olunub.

Bundan əlavə, Laçına ötən gün köçən 17 pasiyentə tibb personalı tərəfindən arterial hipertenziya, şəkərli diabet, günvurma səbəbilə yerində yardım olunub.

Xatırladaq ki, TƏBİB tərəfindən Laçına köçürüləcək ailələrin bütün respublika üzrə tibbi müayinələri də təşkil edilib.

www.yenicag.az

353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv