Şərqi Zəngəzurun dağlıq hissələrinə yağan qar bu gün Laçın rayonunda da müşahidə olunub.
Yenicag.az xəbər verir ki, əsrarəngiz təbiəti ilə seçilən Mirik və Quşçu kəndlərinə payız mövsümündə qar yağıb. Bu gün, həmçinin Şuşa-Laçın yolunun bəzi yerlərinə də qar düşüb. Qar Şuşa rayonu Turşsu kəndində də müşahidə edilib./Azertag/