“Laçın”dan yayılan bu görüntülər növbəti erməni yalanını ifşa etdi – VİDEO

Eməni mediasında guya Beynəlxalq Qırmızı Xaç Komitəsinə Xankəndiyə getməyə Azərbaycan sərhədçilərinin izn vermədiyi ilə bağlı yalan məlumatlar yayılıb.

Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə “Laçın” sərhəd-keçid məntəqəsindən BQXK-nin avtomobillərinin rahat şəkildə, heç bir narahatlıq yaradılmadan hərəkət etməsinin əks olunduğu video paylaşılıb. Həmin kadrlardan da bir daha görünür ki, BQXK-nin fəaliyyətinə heç bir maneə yaradılmayıb.

 

Qeyd edək ki, erməni siyasətçilər və media mənsublarının Azərbaycan sərhədçilərinin guya BQXK-nin fəaliyyətinə maneə yaratdığı barədə təbliğatını Qırmızı Xaçın İrəvan bürosu təsdiqləməmişdi. BQXK də yayılan məlumatın əsası olmadığını, müraciət edildiyi halda fəaliyyətlərinə uyğun Xankəndiyə gedə bildiklərini açıqlamışdılar.