Laçın rayonunun Bəylik yaşayış məntəqəsində evlər və sosial obyektlər alternativ enerji mənbələri (günəş panelləri) ilə təchiz ediləcək.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı hazırlıqlara start verib.
Fond sözügedən layihənin 982.767,72 manata başa gələcəyini ehtimal edir.
Qeyd edək ki, Bəylik yaşayış məntəqəsində abadlıq, quruculuq, bərpa və yenidənqurma işlərinə başlanılır. Yaşayış məntəqəsində birinci mərhələdə 91 fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulub. Eyni zamanda, yaşayış məntəqəsinin sahədaxili elektrik, su təchizatı, kanalizasiya, suvarma və parkın suvarma sistemi, qaz təchizatı, yol-küçə, abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu sözügedən işlərin 36,1 milyon manata başa gələcəyini ehtimal edir.