28 ildən sonra Laçının Azərbaycana təhvil verilməsi Türkiyə mediasında da işıqlandırılıb.
“Haber Global”ın bu barədə videosunda Azərbaycan ordusunun Laçına daxil olmasına sevinən xalqımızın görüntüləri əks etdirilib.
Qeyd edək ki, noyabrın 10-da bağlanmış üçtərəfli müqaviləyə əsasən Ermənistan Laçını bu gün Azərbaycan ordusuna təhvil verib.