Yanvarın 30-da Bakının Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Yenicag.az-a verilən məlumata görə, yeni köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.
Qeyd edək ki, bu mərhələdə Laçına daha 23 ailə – 72 nəfər köçürülüb. Bununla da Laçında 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaşması təmin edilib.
![](https://qafqazinfo.az/uploads/1706637390/IMG-20240130-WA0040.jpg)
![](https://qafqazinfo.az/uploads/1706637390/IMG-20240130-WA0044.jpg)
![](https://qafqazinfo.az/uploads/1706637390/IMG-20240130-WA0049.jpg)
![](https://qafqazinfo.az/uploads/1706637390/IMG-20240130-WA0053.jpg)
![](https://qafqazinfo.az/uploads/1706637568/IMG-20240130-WA0043.jpg)
![](https://qafqazinfo.az/uploads/1706637689/IMG-20240130-WA0052.jpg)
![](https://qafqazinfo.az/uploads/1706638036/sal.jpg)