Lal-kar kişini maşın vurub öldürdü

114224_res_01Bakı-Qazax avtomobil yolunun 131-ci km-də, Hacıqabul rayonunun Muğan kəndi ərazisində 06 BA 164 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobillə yolu keçmək istəyən rayon sakini, 1967-ci il təvəllüdlü Xıdırov Arif Həmid oğlu vurulub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Arif Xıdırov lal-kardır. Eyni zamanda irsi olaraq onun qardaşları da lal-kardırlar.

Maraqlıdır ki, hadisə baş verən kimi sürücü özü DİN-nin 102 xidmətinə məlumat verib.

Faktla bağlı Dövlət Yol Polisinin İstintaq İdarəsində araşdımalara başlanılıb(virtualaz).