!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lalə Azərtaş canlı efirdən söylədi: "Haqq savaşınızda sizin yanınızdayıq, Güney Azərbaycan..."

!Reklam – Yazi

Ötən günlərdən birində “Xəzər TV”nin efirində Cənubi Azərbaycandan olan həmvətənlərimizə xüsusi mesaj göndərilib.

Belə ki, axşam saatlarında yayımlanan “Xəzər axşamı” verilişi canlı yayıma “Qanlı zəmi” filmindən bir fraqmentlə başlayıb.

Fraqmentdə diqqəti cəlb edən hissə Qaçaq Nəbinin İran şahının göndərdiyi elçiyə: “Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdır”, – deyərək ona bir şillə vurması olub.

Daha sonra Rəhim Rəhimlinin ifasında “Araz axır qıyqacı” mahnısının sədaları altında səhnəyə çıxan aparıcılar – Mətanət Əliverdiyeva və İslam Mehrəliyev də Qaçaq Nəbinin dediyi sözləri təkrarlayaraq molla rejiminə qarşı xüsusi mesajlar göndərib və Cənubi Azərbaycanlı ifaçı Əli Pormehri səhnəyə dəvət ediblər: “Arazın o tayı da, bu tayı da bizim doğma Vətənimizdir. Oradakı soydaşlarımızı salamlayaraq: “Biz sizi sevirik!” – deyirik”.

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv