Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Lalə gizlinləri açdı:”Ailə quranda ərimlə şərt kəsdim ki...” - FOTO

Müğənni Lalə ailə sirrlərini bölüşüb.

Yenicag.az-a açıqlama verən Lalə ailə qurduqları ilk gündən həyat yoldaşı Nurkanla şərt kəsdiyini bildirib:

“Əvvəl gündən həyat yoldaşımla şərt kəsdim, dedim, heç vaxt xəyanəti bağışlamaram. Nə olursa, olsun. Bəzi xanımlar var, deyir, kişiyə bir, ya iki dəfə xəyanəti bağışlamaq olar. Amma bu fikirlə razı deyiləm. Bir halda bağışlaya bilərəm. Elə bir situasiya yaranar ki, o günahsız olsun. Lakin bilsəm ki, ortada məndən başqa xanım var və həyat yoldaşım bunu məndən gizlədir, onda heç vaxt bağışlamaram”.

Lalə qısqanc olmadığını da bildirib: “Nurkandan fərqli olaraq, o qədər də qısqanc deyiləm. Yoldaşımın telefonuna baxıb, onu izləmirəm. Bilirəm ki, buna əsas yoxdur. Əgər olarsa, bunu dərhal hiss edərəm, çünki çox hissiyyatlıyam. Bəzən deyirlər, kişi elə etsin ki, qadın xəyanəti bilməsin. Heç xoşum gəlmir bu ifadədən. Amma mən yüz faiz bunu biləcəm. Bəzi qadınlar ərinin xəyanəti ilə üzləşəndə o xanımı günahlandırır. Belə olan halda, qadını qınamaram. Xanımın bir addım yaxın gəlməsi kişinin iki addım yaxınlaşması deməkdir”.

Cəvahir

www.yenicag.az

10985
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100