Lalə ilk dəfə AÇIQLADI: “Bacımla mən bunu anamdan gizlədirdik”

“Anam mənim adımdan deyirdi ki, musiqi Lalənin hobbisidir”.

Yenicag.az xəbər verir ki. bu sözləri müğənni Lalə Məmmədova “Afaqla Onlar” verilişində deyib.

Sənətçi ilk başlanğıcda anasının onun musiqiçi olmasına qarşı çıxdığını bildirib:

“Mən heç vaxt bu sənətə hobbi kimi baxmamışam. Hələ kiçik yaşlarımda anam musiqiyə olan marağımı hobbi kimi qəbul edirdi. Oxumağımı görüb bəyənən insanlar soruşanda da deyirdi ki, Lalə musiqiyə hobbi kimi yanaşır. Məndən soruşmadan, mənim adımdan belə deyirdi. Bu da mənim çox xətrimə dəyirdi. Deyə bilmirdim ki, musiqi mənim hobbim deyil, musiqi mənim özüməm. Atam-anam istəyirdi ki, başqa peşə sahibi olum. Bir dəfə müğənni İlqar Xəyal mənə öz restoranında oxumaq təklif etmişdi. Anam bunu biləndə etiraz etdi ki, necə yəni qız uşağı gedib restoranda oxusun?! Atam bunu eşitdi və anama dedi ki, onun istedadını dəyərləndirib çağırıblar, biz Lalənin üstünə getməkdənsə, ona dəstək olmalıyıq. Özü əlimdən tutub məni ora apardı”.

Nehru