Lalə Məmmədovadan inanılmaz etiraf: “Məni böyük sevgi gözləyir” – Fotolar

Əməkdar artist Lalə Məmmədova şəxsi həyatından danışıb.

Yeniçağ.az-a açıqlama verən müğənni keçmiş həyat yoldaşı ilə heç vaxt barışmayacağını bildirib:“Deyirlər ki, qadını gözəlləşdirən sevgidir. Amma mənim həyatımda sevgi yoxdur. Övladlarım, valideynlərim və bir də sənətimdən ruh alıram. Amma heç vaxt gələcəklə bağlı proqnoz verə bilmərəm, hər şey Allahın qismətinə bağlıdır. Bəlkə də gecə yatıb, səhər görəcəm ki, məni böyük bir sevgi gözləyir. Təki olsun”.“Uşaqlarının atası ilə barışmaq fikriniz varmı?”

L.Məmmədova daş atıb, başını tutdu:

“Bu, mümkün olan iş deyil, o kitab mənim üçün bağlandı”.

Qeyd edək ki, sənətçinin Nərgiz və Çinarə adlı iki qız övladı var.

Cəvahir