Lalə Şövkətin səhhəti pisləşib

Azərbaycan Liberal Partiyasının (ALP) lideri, professor Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb.

Yenicag.az xəbər verir ki, bu barədə partiyanın sədri Əvəz Temirxan özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Lalə Şövkət ciddi cərrahiyyə əməliyyatı ərəfəsindədir.

“Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb. O, ciddi cərrahiyyə əməliyyatı ərəfəsindədir. Biz, Liberal Partiyanın üzvləri Azərbaycan siyasətində dürüstlük və mərdlik simvoluna çevrilən Lalə Şövkət xanıma şəfa diləyirik. Biz hamımız bu günlərdə Allaha dua edirik ki, bu çətin sınaqdan uğurla keçsin. Biz, Liberal Partiyanın üzvləri Lalə Şövkət xanıma ancaq lider kimi yox, həm Ana kimi baxırıq, ona görə sevgimiz və bağlılığımız çox güclüdür. Allah onu bizə bağışlasın!”, – deyə Əvəz Temirxan qeyd edib.