“Laməkan şairimiz”: Nəsimiyə həsr olunmuş ədəbi-bədii gecə keçirildi – FOTOLAR

Bu gün Zabitlər Evində Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Laməkan şairimiz” adlı ədəbi-bədii təşkil olunub.

Yenicag.az xəbər verir ki, tədbir İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə baş tutub.

Tədbirdə ölkənin tanınmış ziyalıları, media və QHT təmsilçiləru, ictimaiyyət nümayəndələri iştiurak ediblər.

Gecədə çıxış edən Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbəri, Xalq yazıçısıSabir Rüstəmxanlı Nəsiminin Azərbaycan poeziyasındakı rolundan danışaraq, onu azadlıq şairi adlandırıb:

“Mən hər zaman demişəm ki, bir millətə üç şey lazımdır: Söz, çörək və azadlıq. Məhz bu üç şey milləti millət edir. Biz çox xoşbəxtik ki, Nəsimi kimi sözün fəlsəfəsini açan şairimiz olub və var”.

Digər natiqlər də 2019-cu ilin “Nəsimi ili” elan edilməsinin əhəmiyyətindən söz açıblar və Nəsimi şəxsiyyətinin ümumbəşəriliyini ön plana çəkiblər.

Tədbir geniş bədii hissə ilə davam edib.

Aqil Bəkir