!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lamiyə İsazadə: "QHT Agentliyi vətəndaş cəmiyyətinin heyran olduğu bir qurumdur"

!Reklam – Yazi

“Dövlət QHT-lərin inkişafı üçün kifayət qədər diqqət ayırır. Bu təlim də QHT-lərin inkişafına böyük dəstək verən bir proqram idi. Bu gün əminliklə deyə bilərik ki, bütün istiqamətlərdə vətəndaş cəmiyyəti üzərində tam mənada dövlət qayğısı mövcuddur. Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərlə qarşılıqlı əməkdaşlığı bu sektora tam rahat və səmərəli fəaliyyət göstərmək üçün münbit şərait yaratmışdır”.

Bu fikirləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “QHT-lərin I İnkişaf və Mübadilə proqramı” çərçivəsində təşkil etdiyi təlim haqqında fikirlərini bölüşən “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə Yenicag.az-a açıqlamasında deyib.Lamiyə İsazadə QHT Agentliyinin vətəndaş cəmiyyətinin inkişafını birmənalı şəkildə dəstəklədiyini vurğulayıb:

“Daha professional layihə yazılışı metodlarını öyrənmələri və müasir metodlarla tanış olmaları məqsədilə üç gün müddətində 100 nəfərdən artıq QHT nümayəndəsi üçün Mingəçevir şəhərində təlim təşkil edən, QHT-ləri ən yüksək səviyyədə həmin şəhərdə qonaq edən bir quruma ayaq üstə alqış düşür. Ölkəmizdə ikinci belə bir qurum yoxdur ki, əməkdaşlıq etdiyi şəxslərə bu cür diqqət, qayğı, həssaslıqla yanaşsın. QHT Agentliyi vətəndaş cəmiyyətinin heyran olduğu bir qurumdur.

Hazırda QHT-lər ölkədə həyata keçirilən böyük layihələrə töhfələr verməklə ölkənin siyasi və sosial-iqtisadi həyatında fəal rol oynayırlar. Bu gün QHT-lər Azərbaycanın hüquqi və sosial-iqtisadi inkişafına cəlb olunur. Əsasən, ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik və hüquqi dövlətin qurulması, Azərbaycanın qlobal məsələlərə inteqrasiyası, insan hüquqlarının, sosial-iqtisadi və milli-mənəvi dəyərlərin qorunması və digər məsələlərin həllinə kömək edir.

QHT Agentliyinin dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkili, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində gördüyü bütün işlər təqdirəlayiqdir. Agentlik yarandığı 1 il müddətində vətəndaş cəmiyyətinin həyatında yeni mərhələnin başlanğıcı olub və bir çox ilklərə imza atmaqda davam edir. Bu gün əminliklə deyə bilərik ki, QHT Agentliyi QHT sektorunun inkişafına mühüm töhfələr verir, vətəndaş cəmiyyətinin inkişafını birmənalı dəstəkləyir. Ölkəmizdə ictimai əhəmiyyət kəsb edən bütün məsələlərdə QHT-lərin əsas tərəfdaş olması dövlət siyasətimizin təntənəsidir. Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün prezident İlham Əliyevin səyləri, sərəncamları artıq öz səmərəsini verməkdədir”.

Aqil Bəkir

www.yenicag.az

808
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv