Lapşinin anası Azərbaycana gəlir

Aleksandr Lapşinin anası oğlunun məhkəmə prosesini izləmək üçün Azərbaycana gələcək.

Bunu bloqqerin bacısı Yuliya bildirib.

“Mənim anam ən qısa zamanda məhkəmə prosesini izləmək üçün Bakıya getmək istəyir”, – Yuliya deyib.

Lapşinin anası bundan əvvəl oğlunun bağışlanması üçün Azərbaycan prezidentinə müraciət etmişdi.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqqer Aleksandr Lapşin fevralın 7-də Belarusdan Azərbaycana ekstradisiya edilib.

Yeniçağ.az