Ads by Google

hightechnic
Ads by Google

Azərbaycanın işğal edilmiş ərazilərinə bir neçə dəfə səfər edərək, işğalçı rejimin “müstəqilliyini” dəstəkləyən yazılarla çıxış edən bloger Aleksandr Lapşinlə bağlı məsələ yenidən gündəmə gəlib. Lapşin ermənilər tərəfindən işğal edilmiş ərazilərə qanunsuz səfəri ilə bağlı Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib və Belarusda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun Azərbaycana təhvil veriləcəyini Belarus tərəfi bəyan edib.

Bununla yanaşı, Lapşinin anası Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, oğlunun əfv olunmasını istəyib. Digər tərəfdən isə Azərbaycanın ərazisini işğal edən Ermənistan XİN rəhbərliyi səviyyəsində ölkəmizi guya söz və mətbuat azadlığını pozmaqda ittiham edir. Belə bir vəziyyətdə haqlı olan Azərbaycan dövləti hansı addımları atacaq?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan millət vəkili Aydın Mirzəzadə deyib ki, dünyanın digər 200 dövləti kimi Azərbaycan suveren dövlətdir və özünün ərazi bütövlüyünü, qanunlarının aliliyini daima qoruyur:

Aydın Mirzəzadə ile ilgili görsel sonucu“Bu baxımdan, fərqi yoxdur, işğal olunmuş və ya nəzarətində olan ərazisinə icazəsiz daxil olan hər bir kəs artıq Azərbaycan qanunlarını pozmuş olur. Buna görə də Ermənistanın işğal altında olan ərazilərinə səfər edən hər bir kəs Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına salınır və onlara qarşı Azərbaycan qanunlarının ciddiliyi tətbiq edilir. Lapşinlə bağlı Belarusa ciddi faktlar təqdim edilib və orada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda Belarus tərəfi Lapşini Azərbaycana təhvil verməyə razılıq verib. Hesab edirəm ki, Azərbaycan öz suveren hüquqlarının qorunmasında bundan sonra da öz qətiyyətini göstərəcək”.

A.Mirzəzadənin sözlərinə görə, Lapşinin cinayət əməlinin tədqiqatı zamanı bu addımından peşman olması və ya törətdiyi bu cinayət əməlinin ağır fəsadlarının olub-olmaması nəzərə alınacaq:

“Bu artıq gedişatın digər tərəfidir. Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmağa, ölkəmizi nədə isə ittiham etməyə hər hansı hüququ yoxdur. Ermənistan ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, daxili işlərimizə qarışmaqdan əl çəkməlidir. Birmənalı şəkildə bilməlidir ki, Azərbaycan bundan sonra da suveren dövlət kimi öz hüquqlarını ən yüksək səviyyədə qoruyacaq”.

 

BƏXTİYAR
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."