Las-Vegasda məşhur kazino yandı – Video

Yeniçağ.az “CBS New”a istinadən xəbər verir ki, hadisə “Bellalagio” otel-kazinoda qeydə alınıb. Yanğınsöndürənlər uzun müddət yanğını söndürməkdə çətinlik çəksələr də, sonda buna müvəffəq olublar.

İlkin ehtimala görə, yanğın kompleksin damında başlayıb. Hadisə yerindən yayılan videodan aydın olur ki, yanğın yaxınlıqdakı binalara da keçib. Alovun hündürlüyü 9-12 metrə çatıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğına baxmayaraq bir çox oyunçular oyunlarını davam etdirmək istəyiblər.
Yanğın zamanı xəsarət alanların olub-olmaması barədə hələ ki məlumat verilməyib.

Yeniçağ.az