Bu gün Avropa Liqasının 1/16 finalının ilk oyunu çərçivəsində keçiriləcək “Latsio” – Sevilya” matçından əvvəl azarkeşlər arasında dava düşüb.
Yenicag.az xəbər verir ki, Romanın mərkəzində baş verən kütləvi davada 2 ispan və 1 amerikalı azarkeş bıçaqlanıb. Xəstəxanaya aparılan yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, “Latsio”- “Sevilya” görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.