“Latsio”nu Avstriyada şoka saldılar – VİDEO

Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, İtaliyanın “Latsio” klubu səfərdə Avstriya təmsilçisi “Zaltsburq”la qarşılaşıb. Səfərdə 2:4 hesabıyla uduzmuş avstriyalılar doğma meydanda 4:1 hesabıyla qalib gələrək yarımfinala çıxıblar.

Qarşılaşmadan hazırlanmış videoreportajı təqdim edirik: