“Latsio”nun qapıçısı ÇL-nın tarixinə düşdü

“Atletiko”ya qarşı ÇL-nin qrup mərhələsi oyununda qol vuran “Latsio”nun qolkiperi İvan Provedel Çempionlar Liqasında qol vuran 4 qapıçıdan biri olub.

Yenicag.az xəbər verir ki, Provedeldən öncə 2010-cu ildə qapıçı Vinsent Enyeama “Hapoel” (Təl-Əviv) komandasının heyətində qol vurmuşdu.

Qeyd edək ki, İvan Provedelin qolu sayəsində “Latsio” “Atletiko”ya uduzmaqdan qurtulub: 1:1.