!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Latviya Azərbaycana yeni səfir təyin etdi

!Reklam – Yazi

37865Latviya Azərbaycana yeni səfir təyin edib.

Yenicag.az “report”-a istinadən xəbər verir ki, yeni səfir təcrübəli diplomat Yuris Maklakovs olacaq.

Bununla əlaqədar, Latviya prezidenti Raymonds Veyonis Azərbaycana təyin olunan yeni səfirlə görüşüb. Görüşdə prezident səfirə etimadnamələri təqdim edib.

Yeni səfir Azərbaycana gələn həftə gələcək. O, prezident İlham Əliyevə etimadnaməsini təqdim etdikdən sonra diplomatik missiyasına başlayacaq.

Bundan əvvəl Maklakovs Latviyanın Qazaxıstandakı səfiri vəzifəsində çalışıb. Onun 51 yaşı var, ailəlidir, bir övlad atasıdır. Səfir latış, rus və ingilis dillərində sərbəst danışır.

Qeyd edək ki, Y.Maklakovs bu ilin aprel ayında xəstəlikdən Bakıda vəfat edən səfir Hardiys Baumanisi əvəz edəcək.

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv