Latviya Rusiya ilə sərhədə sədd çəkəcək

105392_res_01Latviya qeyri-leqal miqrantların axınını azaltmaq məqsədilə Rusiya ilə sərhədini möhkəmlətməlidir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Latviya DİN rəhbəri Rixard Kozlovskis bildirib.

“Rusiya ilə sərhəddə divarın ucaldılması üçün Latviyaya dörd il və 17 mln avro gərəkdir”, -deyə nazir qeyd edib. Onun sözlərinə görə, yeni büdcə hazırlanarkən qeyd olunan məbləğ nəzərə alınmalıdır.

Latviyanın DİN rəhbəri bu cür addımların atılmasını Orta Asiya və Yaxın Şərq ölkələrindən qeyri-leqal miqrantların axınının artması ilə əlaqələndirib.