Latviya XİN rəhbəri Azərbaycana səfər edəcək

Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Azərbaycana səfər edəcək.

Latviyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, rəsmi səfər fevralın ortalarında baş tutacaq.

Səfirlikdən bildiriblər ki, hazırda tərəflər səfərin proqramına dair hazırlıq işləri görür.

Yenicag.az