Latviyada evlilik zamanı şahid tələbi ləğv edilir

Latviyada evlilik zamanı şahid tələbi ləğv olunub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin mövcud qanuna etdiyi dəyişiklikdə qeyd olunub.

Yeni qanuna görə, artıq cütlüklər nikaha girmək üçün müraciət etdiklərində şahid göstərmək məcburiyyətləri olmayacaq.

Yeni qanunun tətbiqinə 2024-cü ilin 1 iyulundan etibarən başlanılacaq.