Latviyanın xarici işlər naziri Krisjanis Karins istefa verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir aprelin 10-da vəzifəsini tərk edəcək.
O, Latviyanın baş naziri Evika Silina ilə görüşdən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb. Seym aprelin 11-də yeni xarici işlər nazirinin namizədliyinə səs verəcək.
Karins 2023-cü ilin sentyabrında xarici işlər naziri vəzifəsinə təyin edilib.