“Azərbaycan Rusiya ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır”.
Yenicag.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.
Lavrov bildirib ki, Azərbaycan Rusiya Federasiyasının ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, lakin İrəvanın mövqeyi qeyri-müəyyən olaraq qalır.
“Qərbli həmkarlarımız istəyirlər ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yalnız onların ərazisində imzalansın, bu faktdır.
Azərbaycan münaqişənin dayandırılması və bütün məsələlərin həllində qarşılıqlı fəaliyyət sisteminin qurulması üçün səy göstərir, bu da faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğu mənə məlum deyil, baxmayaraq ki, müvafiq siqnallar Ermənistan paytaxtına çoxdan göndərilib”, – Lavrov qeyd edib.
Xuraman Etibarlı