Lavrov İrəvanda hörmətsizliklə qarşılandı – Müzakirələrə səbəb olan FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov İrəvana səfər edib.

Yenicag.az xəbər verir ki, səfər zamanı Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Belə ki, görüşdə Rusiya bayrağının olmaması, görüşün keçirildiyi otağın səliqəsinə fikir verilmədiyi, hətta döşəmədəki parketin sökülməsi diqqət çəkib.

Döşəmənin səliqəsiz olması Ermənistanın böhranda olduğu və hökumətin yerləşdiyi binanın təmirinə vəsaitin olmaması ilə əlaqələndirmək olsada, Rusiya Federasiyasının bayrağının görüşdə asılmaması yalnız qarşı tərəfə hörmətsizliyin əlamətidir.

Fotonu təqdim edirik: