Lavrov-Kuleba görüşü keçiriləcək

Rusiya və Ukrayna rəsmiləri arasında növbəti görüş keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, görüş böyük ehtimalla iki ölkənin XİN başçıları arasında olacaq.