Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşüb.
E.Məmmədyarov rusiyalı həmkarını Azərbaycan Xarici İşlər Nazirliyinin girişində qarşılayıb.
Nazirlər arasında öncə təkbətək, daha sonra geniş tərkibdə görüş keçirilib.
Görüş başa çatdıqdan sonra nazirlərin birgə mətbuat konfransı keçirəcəyi nəzərdə tutulub.