Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrov arasında görüşün tarixi məlum olub.
AzVision.az Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbər verir ki, nazirlər Moskvada aprelin 28-də görüşəcəklər.
Görüş zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsi ətrafında məsələləri müzakirə edəcəklər.
Yeniçağ.az