!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lavrov: “Rusiya əlindən gələni edəcək ki…”

!Reklam – Yazi

sergei-lavrov2“Biz Qarabağ məsələsini də müzakirə etdik. Sülhün bərqərar olması faktını vurğuladıq. Prezident Putin hər iki ölkə prezidenti ilə danışdı. Sabah baş nazir Medvedev Azərbaycana gəlir. Ümid edirik ki, atəşkəs razılaşması davam edəcək”.

Bu sözləri Azərbaycan, İran və Rusiya XİN başçılarının üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, keçmiş razılaşmalara istinad edilməlidir: “Xüsusilə təmas xəttində tərəflərin bir-birinə etimad etməsi məsələsi vacibdir. Bir daha qeyd etmək istəyirəm ki, təmas xəttində etimadın bərqərar olması o demək deyil ki, münaqişənin siyasi yolla həllini axtarmamalıyıq. Rusiya hər iki ölkə ilə yaxın olan dövlət kimi əlindən gələni edəcək ki, son illər əldə olunan nailiyyətlər davam etdirilsin”.(APA)

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv