Rusiya Pakistan ilə Hindistan arasında böhranının aradan qaldırılmasında əməkdaşlığa hazırdır.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında söyləyib.
Xatırladaq ki, Pakistan və Hindistan arasında davam edən tarixi siyasi gərginlik iki həftə əvvəl daha da artmağa başlayıb.
Fevralın 14-də Hindistanda polislərə qarşı bombalı hücum təşkil olunub. Nəticədə 44 əsgər ölüb, 20-si isə yaralanıb. Hindistan bu terrorda Pakistan tərəfini günahlandırıb.
Rəsmi İslamabad isə ittihamları rədd edərək, qarşı tərəfi problemi danışıqlar yolu ilə həll etməyə çağırıb. Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Türkiyə, Almaniya, Rusiya, Çin və İngiltərə və digər ölkələr məsələyə münasibət bildirərək, tərəfləri problemi dinc yolla həll etməyə səsləyib.