Rusiyanın yaxın çevrəsinə Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İran daxildir.
Yenicag.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair illik mətbuat konfransında deyib.
“Əgər söhbət bizim yaxın ətrafımızdan gedirsə, təbii ki, bunlar Yaxın Şərq ölkələridir: İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər”, – Lavrov deyib.
Onun sözlərinə görə, Hindistanla xüsusilə imtiyazlı strateji tərəfdaşlıq münasibətləri tədricən inkişaf edir.
Rusiya xarici işlər naziri həmçinin qeyd edib ki, Rusiya ilə Çin arasında münasibətlər tarixin ən yaxşı dövrünü yaşayır.
Xuraman Etibarlı