Dohada keçirilən görüşün nəticələrinə görə, Rusiya, İran və Türkiyə xarici işlər nazirləri Suriya hakimiyyəti ilə qanuni müxalifəti dialoqa çağırıblar.
Yenicag.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiya xarici işlər naziri həmçinin vurğulayıb ki, terrorçuların Suriya ərazilərini işğal etməsinə icazə verilməsi qəbuledilməzdir: “Türkiyə və İranla birlikdə Suriyada gərginliyin azaldılması çağırışının eşidilməsinə əmin olmaq üçün addımlar atacağıq”. /unikal